Bakıda piyadanın xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
"RegionTV.info"nun məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, Babək prospektində 36 yaşlı Abbasov Əflatun Mirzəbala oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Xəbəri paylaş