Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya “Bayraktar” almağı düşünmür

Rusiya Türkiyə istehsalı “Bayraktar” zərbə PUA-larını almağı planlaşdırmır.

"RegionTV.info xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətindən (FHTƏX) məlumat verilib.

“Rusiya hazırda “Orion” pilotsuz uçuş aparatlarına sahib olduğu üçün Türkiyədən "Bayraktar" pilotsuz uçuş aparatlarının alınmasını nəzərdən keçirmir”, Xidmətin mətbuat katibi Valeriya Reşetnikova bildirib.

Qeyd edək ki, 20 apreldə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu “Habertürk”ə verdiyi açıqlamada Ukraynaya döyüş PUA-larının satılması ilə bağlı razılaşmanın Rusiyaya qarşı yönəlmədiyini söyləyib. Eyni zamanda, rəsmi Ankaranın Türkiyənin müdafiə məhsullarının Moskvaya tədarükünü müzakirə etməyə hazır olduğunu bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də