"Azərbaycan və Ermənistan arasında saziş imzalanıb və biz artıq irəliyə baxmalıyıq".
"RegionTV.info"nun xəbərinə görə, bunu Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.
O bildirib ki, Dağlıq Qarabağa öz komandası ilə birgə istənilən vaxtda getməyə hazırdır:
"Təkcə Dağlıq Qarabağda yox, bütün post-konflikt zonalarda biz öz köməyimizi göstərməyə hazırıq. Hazırkı zamanda mənim tək arzum gərginliyin azalması, davamlı sülhün bağlanmasıdır. Çünkü hər iki tərəfdə xeyli sayda insan həyatını itirib, köçkün düşüb. Ancaq hazırda saziş imzalanıb və mən onu deyə bilərəm ki, biz sadəcə irəliyə baxmalıyıq".
Xəbəri paylaş