
"RegionTV.info" xəbər verir ki, bir neçə gün öncə qolundan amputasiya olunan, aldığı zədələrdən gözünü itirmək üzrə olan qazi S.Həsənli ona təyin olunan əlillik dərəcəsinin adekvat olmadığını, ona mənzil verilmədiyini və işlə təmin olunmadığını bildirmişdi.
S.Həsənli iddia etmişdi ki, əslində müharibədə aldığı zədələr sənədlərində qeyd olunandan daha artıqdır. Qazinin şikayəti ictimailəşəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi hərəkətə keçib.-