
"RegionTV.info" xəbər verir ki, müğənninin sosial şəbəkə hesabında yayımladığı videoda Leyli mahnı oxuyur.
"Dadaşovalar: Leyli və Nigar. Leyli həm bacım qızıdır, həm də əmim oğlu Rafaelin qızıdır. İkitərəfli istedad var.
Bu videonu paylaşıram ki, bəzi Xalq artistləri baxıb canlı oxumaq öyrənsinlər. Leylini yalvara-yalvara oxutdururuq", - deyə B.Dadaşova videoya şərhində yazıb.
Qeyd edək ki, Leyli B.Dadaşovanın bacısı Sədaqətin qızıdır. Rafael Dadaşov və Sədaqətin digər qızı Səidə isə tanınmış müğənnidir.