Daxili işlər orqanlarında daha bir kadr islahatı aparılıb.
"RegionTV.info" xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Cahid Ələsgərov vəzifəsindən azad olunub.
O, Tovuz Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.
Nazirin digər əmri ilə polis kapitanı Dayaq Süleymanov Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsindən azad edilərək Tovuz RPŞ-yə sahə rəisi təyin edilib.
Xəbəri paylaş