
"RegionTV.info" xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 20-də Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun axtarışları başa çatıb.
M.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
M.Quliyev digər uşaqlarla birgə su kanalına selfi çəkdirməyə gedibmiş. Həmin vaxt onun ayağı sürüşüb, kanala yıxılaraq batıb.