ABŞ-ın Massacusets əyalətində Mat Beteyə aid evin həyət qapısını qıraraq içəri daxil olan ayı qorxu dolu anlar yaşadıb.
"Habertürk"ün məlumatına görə, dəvətsiz qonaq öncə evin hovuz olan hissəsinə gəlib, hovuzdan su içib. Daha sonra hovuzun kənarında yuxulayan ev sahibinin ayağına toxunub onu oyandırıb.
Xoşbəxtlikdən ayı heç kimə xəsarət yetirmədən evi tərk edib. Həmin görüntülər evin güvənlik kamerasına düşüb.