
"RegionTV.info" xəbər verir ki, Bu barədə FHN-dən məlumat verilib.
Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış və 9 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, 2 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.