"Ramazan bayramı günlərindəki ictimai nəqliyyatın istifadəsinin dayandırılması uyğun addımdır".
"RegionTV.info" xəbər verir ki, bu sözləri "ARB24"-də yayımlanan "Nə baş verir?" verilişində Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib.
O əlavə edib ki, paralel olaraq iş saatları düzgün tənzimlənməli, evdən işləməyə imkanı olanlara da evlərindən işləmək şəraiti yaradılmalıdır:
"Mərhələli iş rejiminə keçilsə, bu, uyğun olar. Həmçinin zəruri olmadığı təqdirdə şəhərlərarası gediş-gəlişin məhdudlaşdırılması da uyğun addım olardı.
Xəbəri paylaş