
"RegionTV.info" xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da Hindistanda yoluxma hallarının sayı 15,6 milyonu ötüb.
Son 24 saatda ölkədə koronavirusdan 2 mindən çox insan ölüb və ölənlərin sayı 182 minə çatıb.
COVID-19-a yoluxan 13,2 milyondan çox insan sağalıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.