
"RegionTV.info"nun məlumatına görə, hadisə rayonun Şamlıq kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı Şamlıq kənd sakini 2002-ci il təvəllüdlü Mustafayev Nağı Xalıxverdi oğlu, onun qardaşı 1998-ci il təvəllüdlü Mustafayev Vüsal Xalıxverdi oğlu, Çataq kənd sakini 2003-ci il təvəllüdlü Xəlilov Tanrıverdi Elxan oğlu və Yanıqlı kənd sakini 1986-cı il təvəllüdlü Qarayev Gündüz Vaqif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.