
"RegionTV.info" xəbər verir ki, bu vəzifəni Tanju Bilgiç icra edəcək.
Bildirilib ki, o, vəzifəsinin icrasına bu gün başlayıb.
Yeni sözçü 1995-ci ildən XİN-də çalışır. Nazirlikdə bir çox vəzifələrdə işləyən T.Bilgiç 2014-1021-ci illərdə Türkiyənin Serbiyadakı fövqəladə və Səlahiyyətli səfiri olub.
Bundan başqa, o, Bosniya-Herseqovina, Danimarka, Fransa, Rusiyada da işləyib.
T.Bilgiçdən öncə bu vəzifəni Hami Aksoy aparırdı. O, bir müddət əvvəl ölkənin Serbiyadakı səfiri təyin olunub.