Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda qəza zamanı maşını yanan sürücünü döyüb xəstəxanalıq etdilər - VİDEO

Bakının Nərimanov rayonunda 1996-ci il təvəllüdlü Həsənov Elşad İrşad oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Azadlıq prospektində işıqforun qırmızı işığında dayanan “Hyundai” və “Toyota” markalı nəqliyyat vasitələrinə çırpılıb.

"RegionTV.info xəbər verir ki, qəzadan sonra “VAZ 2106” markalı avtomobil alovlanmağa başlayıb. Bu zaman hadisəni törədən E.Həsənov digər sürücülər tərəfindən döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Onlar avtomobildə yanğının qarşısını alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də