
"RegionTV.info"nun xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, Milli Məclisin növbəti, 23 aprel tarixli iclasının gündəliyində MSK-nın yeni tərkibinin seçilməsi məsələsi yoxdur: “Dövlət öz rəsmi orqanını mövcud qaydalara uyğun şəkildə formalaşdıra bilmirsə, bəlkə onu başqa qaydalarla qursun? ATƏT və Avropa Şurası bu sahədə faydalı məsləhətlərini dəfələrlə təklif edib. Xarici yardıma ehtiyacınız varsa, dəvət edin, köməkləşin, bəlkə bir şey alındı”.