Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO

"Ordumuzun Şəmkir üzərində Ermənistan PUA-nı vurması lap "atəşfəşanlıq" əvəzi oldu..."




Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “təhlükəsizlik xidməti”nin rəisi general-mayor Kamo Ağacanyan işğalçı Ermənistan paytaxtında qızına toy edib.

Moderator.az xəbər verir ki, Ermənistan saytlarının yaydığı məlumata görə, toy İrəvandakı “Florensiya”  sarayında  axşam saat 19:00 radələrində başlayıb.

İşğalçı ölkə baş naziri N.Paşinyan toya arvadı A.Akopyanla birgə qatılıb. Qarabağdakı xunta rejiminin keçmiş rəhbəri Bako Saakyan da mərasimdə iştirak edib.

Bildirilir ki, hazırda Ermənistandakı karantin qaydalarına əsasən 60 nəfərədək şəxsin iştirakıyla toy və yas mərasimlərinə icazə verilir.

Xatırladaq ki, 2016-c ildə bu sətirlərin müəllifinin apardığı araşdırma nəticəsində separatçı rejimin keçmiş “polis rəisi” olan general Kamo Ağacanyanın atasının azərbaycanlı olduğu bilinib. 

"Kamo Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olub. Atası Kərimov Əkbər təmiz Azərbaycan türküdür. Amma Əkbər kişinin arvadı, yəni, Kamonun anası erməni idi. Beləliklə, 1988-ci ildə o, ata adını və soyadını dəyişib..."

(Ətraflı bax:https://www.moderator.az/news/228193.html)

P.S. Ordumuzun İrəvanda toy gedən zaman Şəmkir üzərində Ermənistan PUA-nı vurulması lap "atəşfəşanlıq" əvəzi oldu...

Sultan Laçın




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də