
"RegionTV.info" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib.
Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.