
"RegionTV.info"nun məlumatına görə, hadisə paytaxtın Xətai rayonu Rahib Məmmədov küçəsi 26 ünvanında qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı 90-OM-371 dövlət nömrə nişanlı avtomobil və 57 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu toqquşub.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.