Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın məşhur onlayn alış-veriş saytı cərimələnib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquqlarının pozulmasına görə “Shop.az Vebtures” MMC barəsində inzibati protokol tərtib edib.

"RegionTV.info xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə) maddəsi ilə yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Bu inzibati xətaya görə hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Shop.az Vebtures” MMC shop.az internet saytı vasitəsilə Azərbaycanın online alış-veriş mərkəzi kimi fəaliyyət göstərir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də