Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda koronaviruslu həkimin işə getdiyi aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

"RegionTV.info"  xəbər verir ki,  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Köbər kənd sakini, Bərdə Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərən Hafiz Əliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

H. Əliyev xəstəxanadakı xidməti iş otağında müəyyən edilərək fəaliyyəti dayadırılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də