
"RegionTV.info" xəbər verir ki, bu barədə onun ailəsinin nümayəndəsinə istinadən “Axios” portalı bildirib.
Məlumata görə, Uolter Mondeyl həyatının 93-cü ilində dünyasını dəyişib.
Siyasətçinin ölüm səbəbi açıqlanmır.
Mondeyl 1928-ci ildə Minnesoteda doğulub. O, ABŞ-ın Demokratlar Partiyasının üzvü olub. Mondeyl 1977-ci ildən 1981-ci ilə qədər Karter administrasiyasında vitse-prezident postunu tutub. Bununla yanaşı, 1993-cü ildən 1996-cı ilə qədər ABŞ-ın Yaponiyadakı səfiri olub.