Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel sabah Gürcüstana səfər edəcək.
"RegionTV.info" xəbər verir ki, o, bu barədə Gürcüstanda siyasi tərəflər arasında böhrandan çıxılması ilə bağlı razılaşmanın imzalanma mərasimində onlayn iştirakı zamanı bildirib.
Qeyd edib ki, səfəri çərçivəsində Tbilisidə siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək, Aİ ilə Gürcüstan arasında bağları gücləndirəcək gələcək addımlar barədə müzakirələr aparacaq.
Xəbəri paylaş