Cəbrayıl rayonunda dünən aparılan axtarışların gedişatında ikinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha bir erməni hərbçinin meyiti aşkarlanıb.
Bu barədə "RegionTV.info" Ermənistan mətbuatına istinadən xəbər verir.
Beləliklə, Qarabağda hərbi əməliyyatların dayandırılmasından sonra meyiti aşkarlanan erməni hərbçilərinin ümumi sayı 1 544 nəfərə çatıb.
Qeyd edək ki, axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub. Əsgər valideynləri daha əvvəl Ermənistanın müvafiq dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirərək, itkin düşmüş övladlarının tapılmamasından şikayətləniblər. Bundan sonra axtarışlara mülki şəxslər də cəlb edilib.
Xəbəri paylaş