Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tovuzda ani diqqətsizlik yanğına səbəb oldu - FOTO

Tovuz rayonunda ani diqqətsizlik yanğınla nəticələnib.

"RegionTV.info"nun  məlumatına əsasən hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Rayon sakini Vaqif Zeynalova məxsus ümumi sahəsi 120 kv. metr olan tikilinin 50 kv. metr yanıb.

Nəticə etibarı ilə əraziyə Tovuz rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub və alovu ram etmək mümkün olub. İlkin məlumata görə, tikili çayxana kimi istifadə edilib və yanğın elektrik naqillərində yaşanan qısa qapanmadan baş verib.

Hadisə zamanı xəsarət alan şəxs olmayıb.

QALEREYA




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də