
"RegionTV.info" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 337 380, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 889 232, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 448 148 nəfər təşkil edir.
