Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Altı aydır komada qalan Vətən müharibəsi qazisi şəhid olub

Azərbaycan Ordusunun Vətən müharibəsində ağır yaralanaraq 6 aydır koma vəziyyətində qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.

"RegionTV.info"  xəbər verir ki,  Bu barədə Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 26 yaşlı N.Əbilov bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də