Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda gecə 4 avtomobilin toqquşduğu ağır qəzadan görüntülər - VİDEO

Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. 

"RegionTV.info xəbər verir ki, qəza Heydər Əliyev prospektində, Bağırov körpüsü kimi tanınan tuneldə qeydə alınıb. 

Prospektlə hərəkətdə olan iki "Toyota" və "Opel" markalı avtomobillər olmaqla ümumilikdə 4 nəqliyyat vasitəsi toqquşub. 

İlkin məlumata görə, hadisə nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rasim oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. 

Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əzilməsi, Q. Kazıma isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub. 

Qəza səbəbindən yolun hər iki istiqamətində sıxlıq müşahidə edilib. 

Faktla bağlı araşdırma aparılır. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də