
"RegionTV.info"nun məlumatına görə, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.
Belə ki, evinin yanında yolu keçən 1995-ci il təvəllüdlü Abdullayeva Cahan Natiq qızını avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.