
"RegionTV.info"nun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən arxadan gələn eyni markalı avtomobil ona çırpılıb. Hadisə nəticəsində bir nəfər - Yevlax rayon sakini, 24 yaşlı Yunusov Arzuman Musa oğlu müxtəlif xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakla bağlı araşdırma aparılır.