
"RegionTV.info" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisı rayonun Quruzma kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 152 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində taxta atmalar və tavana çəkilmiş şüşə-pambıqdan ibarət üzlük 26 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.