
Sumqayıtda yol qəzası baş verib.
"RegionTV.info" xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN)məlumat verilib.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ-Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.