Lənkəran şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"RegionTV.info"nun məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Əliheydərov Anar Cəlal oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı A.Əliheydərova qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş