Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə Bosniya və Hersoqovinaya vaksin göndərdi

Türkiyə Bosniya və Hersoqovinaya növbəti dəfə "Sinovac" vaksini göndərib.

Türkiyə hökuməti Bosniya və Herseqovinaya yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksinindən ödənişsiz olaraq 10 min doza göndərib.

"RegionTV.info"   xəbər verir ki, bununla da martın 28-də göndərilən vaksinlərlə birlikdə Türkiyənin Bosniya və Herseqovinaya ayırdığı peyvəndin sayı 40 min dozaya çatıb.

Qeyd edək ki, pandemiya ərzində Türkiyə çoxlu sayda ölkəyə, o cümlədən Bosniya və Herseqovinaya qoruyucu maska, virusa qarşı mübarizədə istifadə edilən tibbi ləvazimatlar, həmçinin dezinfeksiya məhsulları göndərməklə yardım edib. Bundan əvvəl isə Türkiyədən aprelin 15-də Liviyaya 150 min peyvənd göndərilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də