
"RegionTV.info"nun məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1999-cu il təvəllüdlü İsmiyev Rüstəm Şahin oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.