
"RegionTV.info" xəbər verir ki, Krasnodarın İlski qəsəbəsində kənd təsərrüfatı sahələrinə gübrə səpən “Mi-2” helikopteri Krasnodar-Novorossiysk avtomobil yolunun 52 kilometrliyində sərt eniş edib. Nəticədə helikopterin 61 yaşlı pilotu həlak olub.
Hadisə ilə bağlı araşdırma aparılır.