Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çayı belə içmək xərçəngə səbəb ola bilər

Çayı dəmləyən kimi, təzə dəm içmək olmaz. Bu qida borusu və boğaz xərçənginə səbəb ola bilər. İsti çayın zərərləri sübut olunub.

"RegionTV.info"  xəbər verir ki,bunu türkiyəli professor Vedat Göral bildirib.

"Türkiyə, Çin, Qazaxıstanda aparılan araşdırmalar göstərib ki, orda təzə dəmlənmiş isti çay dərhal içildiyi üçün boğaz, qırtlaq, qida borusu şişləri çox rast gəlinir.

Əgər çay içən üstəlik siqaret çəkən və içki içəndirsə, bu risk 5 dəfə artır.

Eləcə də çox soyuq, buzlu içkilər də içmək olmaz.

İstənilən halda udqunmada cüzi problem olan kimi həkimə müraciət etmək lazımdır.

Çay dəmlənəndən 10 dəqiqə sonra, qaynar yox, dili, selikli qişanı yandırmayacaq qədər isti halda içilməlidir. Çayı ilıq içsəz daha məsləhətdir.

Gündə 3-4 stəkandan artıq çay içməyin.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də