Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda qadının özünü binadan atması ilə bağlı görüntülər yayıldı - VİDEO


Bakıda qadının özünü binadan atması ilə bağlı görüntülər yayıldı- VİDEO


Bakıda ahıl qadın intihar edib.
Hadisə dünən günorta saatlarında Bakının Xətai rayonunda qeydə alınıb.
Rayonun Sarayevo küçəsində yaşayan 65-70 yaşlarında qadın özünü yaşadığı binanın səkkizinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit ərazidən götürülərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin Xətai rayon şöbəsinə təhvil verilib.
Hadisə şahidlərinin sözlərinə görə, intihar edən qadın həmin mənzildə yaşlı həyat yoldaşı ilə birgə yaşayırmış. Onun hansı səbəbdən özünü binadan atması bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də