
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, həmin şəxsin 22 nəfər şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
V.Abdullayev barədə Siyəzən RPŞ-də qanunamüvafiq tədbir görülüb.