Saatlı rayon sakinindən odlu silah götürülüb.
"RegionTV.info" xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mustafabəyli kənd sakini Surxay İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.
Xəbəri paylaş