Lənkəran rayonunda 10 saylı məktəbin 15 sinfi distant təhsilə keçib.
"RegionTV.info"nun xəbərinə görə, Lənkəranda son bir neçə gündə təhsil müəssisələrində çalışan 10-a yaxın müəllimdə karonavirus aşkar olunub.
COVID-19 testi müsbət çıxan müəllimlər karantinə alınıb.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva məlumatı təsdiq edib: "Digər məktəbdə çalışan müəllimlərin kollektivlə və şagirdlərlə təması olmadığından həmin məktəblərdə belə bir tədbirin keçirilməsinə ehtiyac olmayıb. 10 saylı tam orta məktəbdə isə 2 müəllimin şagirdlərlə təmasda olduğu I-V siniflər distant təhsilə keçirilib".
“Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların icrası ilə əlaqədar monitorinq aparılıb. Məktəbdə sosial məsafələrin qorunması, siniflərin dezinfeksiya olunması və Nazirliyin təlimatına uyğun olaraq, şagird kontingentinin siniflərdə yerləşdirilməsi prosesi izlənilib və aparılan dərs prosesləri yoxlanılıb. Məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə tapşırıq və tövsiyələr verilib”, - şöbə müdiri qeyd edib.
Xəbəri paylaş