Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abşeronda 84 yaşlı kişini avtomobil vurdu

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"RegionTV.info"nun  məlumatına görə,  rayon ərazisində yolu keçmək istəyən 1937-ci il təvəllüdlü, Mirzəbəyov Allahverdini avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüklərinin aşağı üçdə birinin yerdəyişmiş sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də