Bu rayonda məktəb direktoru olan qadınların çantaları , kişilərin isə corabları yoxlanılır. Rüşvət, qanunsuzluq, özbaşınalıq, haqsızlıq hamısı bu rayondadır. Ölkənin ən biabırçı təhsil idarəçiliyi , məhz bu rayona məxsusdur.
Söhbət Ağdam rayonunun təhsil sistemindən gedir. Baxça müdiri Mətanət Misirxanovanın Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsindən sonra vəziyyət rəzalətə çevrilib. Rüşvət əvvəl bir idisə , indi beşə qalxıb. Bu sahədə kifayət qədər səriştəsi olmayan xanım Misirxanova , Təhsil Şöbəsini bazar qaydaları ilə idarə edir. Ağdam rayon RTŞ- nin müdiri məktəb şəbəkəsinin yığılması və təsdiq edilməsi adı ilə məktəb direktorlarına müraciət edib. Bildirmək istəyirik ki, Təhsil Nazirliyi tərəfindən UTİS proqramı yaradıldıqdan sonra məktəb direktorlarının "şagird şəbəkəsinin verilməsi" adı ilə müdiriyyətlə alverinə son qoyulmuşdur. Ancaq Misirxanova yenə də pul yığmaq vərdişindən əl çəkməyib. Şəbəkənin təsdiq olunması adı ilə direktorları pul gətirməyə səsləyir. Eyni zamanda məktəblərdə dərnək saatlarının tədrisinə icazə vermək adı ilə də pul yığımına start verdi. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədrisin təşkilində dərnək saatlarının tədrisinin dayandırılması ilə bağlı heç bir bənd, maddə yoxdur. Uyğunlaşdılrılmış tədris planında da belə bir qadağa, məhdudiyyət yoxdur. Məktəblərdə dərnək saatlarının dayandırılması ilə bağlı Təhsil Nazirliyinin də heç bir qərarı, əmri yoxdur. RTŞ-nin müdiri Pandemiya vəziyyətindən də əlverişli məqam kimi istifadə edib direktorları pul gətirməyə sövq edir. Səs yazısı deyilənlərin sübutudur.