Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qoca kişinin əllərini bağlayıb öldürdülər - DƏHŞƏTLİ CİNAYƏT

Tək yaşadığı evdə cəsədi tapılan 85 yaşlı Halil İbrahim Topalın əlləri yapışqan lentlə bağlandıqdan sonra bıçaqlandığı məlum olub.                                                                    
RegionTV.info məlumat verir ki, Kocaelinin Kartepe rayonunda yaşayan Şaban Topal, evində tək yaşayan atası Halil İbrahim Topalın heyvanlarını yemləmək üçün səhər ora gəlib. Evə girən Şaban Topal atasını əşyaları dağılmış qonaq otağında əlləri yapışqan lentlə bağlanmış və qana bulaşmış vəziyyətdə tapıb.
Şaban Topal həmin an təcili yardıma zəng edərək kömək istəyib. Yardım üçün gələn həkimlər bıçaqlandığını müəyyən etdikləri Halil İbrahim Topalın artıq öldüyünü bildiriblər. 
Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də