
Bu barədə RegionTV.info Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasından bildiriblər. Qeyd olunub ki, vaksinasiya prosesi strategiyaya uyğun davam edir:
"Hazırda 40 yaşdan yuxarı şəxslərin vaksinasiya prosesi davam edir, poliklinikamız tərəfindən bu günə kimi 4771 nəfərə vaksin vurulub, onlardan 51-i bu gün olunanlardır. İkinci dozanın vurulması da artıq bir müddətdir həyata keçirilir və bu günə olan rəqəm 1541 nəfərdir".
Xatırladaq ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 1 271 781, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 837 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 434 487 təşkil edir.