Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransada cinsi əlaqəyə icazə yaşı 15-ə endirildi

Fransada cinsi əlaqə üçün razılıq yaşı 15 olaraq təyin edilib.
RegionTV.info bildirir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa Parlamentində keçirilən səsvermədə cinsi əlaqə üçün razılıq yaşının 15 yaş olması 67 "hə" səsi ilə təsdiqlənib. 
Bu yaşdan aşağı uşaqlarla cinsi əlaqə "təcavüz" kimi qəbul ediləcək.
Ölkədə mübahisələrə səbəb olan və qismən dəyişdirilən qanun layihəsi Parlamentdə səsə qoyulub və qəbul edilib.
Senator Annik Billon tərəfindən hazırlanan qanun layihəsi uşaqlara qarşı cinsi təcavüzə qarşı mübarizə məqsədi daşıyır.

Onu da qeyd edək ki, Qanuna görə, 15 yaşa qədər uşaqları internetdə cinsi əlaqəyə təşviq edənlərə 10 il həbs və ya 150 min avro cərimə cəzası veriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də