Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Modelin hicabda təbriki müzakirə yaratdı - FOTO

Repçi Timatinin keçmiş sevgilisi, Rusiyanın populyar modeli Anastasiya Reşetovanın müsəlmanları müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar təbrik etməsi müzakirələrə səbəb olub.             
RegionTV.info xəbər verir ki, o, təbriki məscidin qarşısında uzun qapalı libas və qara hicablı fotosu ilə edib. Bu isə instaqram istifadəçilərinin qıcıqlanmasına səbəb olub. Onlar modelin imicini və müsəlmanlara müraciətini qeyri-səmimi qəbul ediblər.
"Çox gülməli görünür", "Pravoslavları niyə təbrik etmədin? Buna layiq deyildilər?", "Xristianları bayramın başlanğıcında təbrik etdiyiniz bir yazı varmı?", - deyə Dni.ru saytı qəzəbli izləyicilərin şərhlərindən bir neçəsini sitat gətirib.
Sosial şəbəkə istifadəçiləri onun geyimini karnaval kostyumu ilə müqayisə ediblər və gülməli adlandırıblar.

Müsəlmanların əksəriyyəti isə Anastasiyaya təşəkkürünü bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də