
"Pəhlivanla mənim daşım düşüb bəzi şərəfsizlərin başına. Burda nə böyük qəbahət var ki, bunu bu qədər şişirdirlər. Min kərə ayıb olsun mənə xoşagəlməz sözlər yazanlara. Bacarırsızsa gəlin üzümə deyin. O kişilik sizdə ola bilməz. Hamı bilir Mübariz necə insandır".
Paylaşdığı videoda isə onun saza "hörməti"ni işıqlandıranları və sosial şəbəkələrdə ona tənqidi fikirlər yazanları təhqir edib. Yəni ifaçı məsələ ilə bağlı açıqlama verməyə çalışıb. Amma bu açıqlama ona qarşı aqresivliyin daha da artmasına səbəb olub. Necə deyərlər, üzrü qəbahətindən betər.