İsveç kəskin sperma qıtlığı ilə üzləşib. Səbəb də odur ki, potensial donorlar koronavirus pandemiyası səbəbindən xəstəxanalara gəlməkdən ehtiyat edirlər.
RegionTV.info xəbər verir ki, Geteborq xəstəxanasının şöbə rəisi həyəcanla "bizdə sperma qurtarır, indiki kimi az sayda donorumuz olmayıb" deyib.
Qıtlıq ona gətirib çıxarıb ki, sperma gözləyənlərin sayı kəskin şəkildə artıb. Özəl klinikalarda spermanın qiyməti 12 min dollara çatır ki, bu da onu bir çoxları üçün əlçatmaz edir.
Xəbəri paylaş