Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millət vəkili Aqil Məmmədov l Qarabağ müharibəsi iştirakçıların qəbul edib - FOTOLAR

RegionTV.info                                                                                               
Milli Məclisin deputatı Aqil Məmmədov Bakı şəhərində Kəlbəcər rayonundan olan seçicilərlə növbəti qəbul keçirib. Görüşdə I Qarabağ müharibəsinin iştirakçıları,eyni zamanda digər seçicilər iştirak etmişdir.
Millət vəkili Aqil Məmmədov bildirib ki, köçkün əhalinin daha tez müddətdə doğma torpaqlara qayıtması üçün ölkə Prezidenti  İlham Əliyevin göstərişləri ilə intensiv təhlükəsizlik və infrastruktur işləri həyata keirilir. “Ərazilərin minalardan təmizlənməsi üzrə qurumun yenidən formalaşdırılması, Dirçəliş Fondunun yaradılması, 2021-ci il dövlət büdcəsindən bərpa işlərinə böyük məbləğdə vəsaitin ayrılması da bu məqsədə xidmət edir”.Seçiciləri narahat edən məsələlər fərdi qaydada dinlənilib, hər bir müraciətlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərə çatdırılıb.
Eyni zamanda rayonda gedəcək infrastruktur lahiyələrdə sakinlərin işlə təminatı, digər bir tərəfdən isə  tikinti-quraşdırma işlərində yerli sahibkarların fəaliyyəti də müzakirə edilmişdir.

Görüş sonrası Millət vəkili Aqil Məmmədov seçicilərlə Bakı şəhərində ll Qarabağ müharibəsinə həsr edilmiş , zəfər muzeyində, "Hərbi Qənimətlər Parkı"nda olmuş, Azərbaycan ordusunun tarixi zəfəri , əyani olaraq ziyarətçilərə çatdırılmışdır.
Qeyd edək ki , bu kimi silsilə görüşlər gələcək günlərdə də davam edəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də