Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan müharibə cinayəti törədib - TBMM

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqlarını Araşdırma Komissiyasının iclası keçirilib.

"RegionTV.info verdiyi xəbərə görə, AKP Bursa millət vəkili Hakan Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasda Komissiyanın 44 günlük Vətən müharibəsində Ermənistanın insan haqları pozuntularını əks etdirən hesabatı müzakirə edilib.

Bildirilib ki, Ermənistan ordusunun Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərinə hücumları nəticəsində həyatını itirən mülki şəxslərin yaxınları ilə görüşlər keçirilib və səlahiyyətli şəxslərdən məlumatlar toplanıb: “İkinci Qarabağ müharibəsində Ermənistan ordusu beynəlxalq insan hüququ normalarını sistemli şəkildə tapdalayıb, fosforlu mərmilər kimi qadağan olunmuş silahlardan istifadə edib, qəsdən yaşayış məntəqələrini, qəbiristanlıqları, məktəbləri, səhiyyə müəssisələrini, mədəni abidələri atəşə tutub”.
Qeyd olunub ki, Ermənistan müharibə cinayəti törədib.

Vurğulanıb ki, 44 günlük savaş Türkiyədə yaşayan erməni əsilli vətəndaşlarda narahatlıq yaradıb, erməni ictimaiyyətinə qarşı heç bir təzyiq qeydə alınmayıb. Bəzi media qurumlarının törətdiyi təxribatların qarşısı alınıb və Türkiyə hökumətinin erməni əsilli vətəndaşların təhlükəsizliyi istiqamətində gördüyü tədbirlər məmnuniyyətlə qarşılanıb.

Müzakirələrdən sonra komissiya hesabatı təsdiqləyərək qəbul edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də